FOMMO | logo
gradient

İSTİFADƏÇİ TƏLİMATI

 

Redaksiya nömrəsi: № 01

Dərc olunma tarixi: 11.07.2024

Qüvvəyə minmə tarixi: 11.07.2024

İSTİFADƏÇİ TƏLİMATI

Bu İstifadəçi Təlimatı (bundan sonra “Təlimat”) https://fommo.az saytından (bundan sonra “Sayt”) istifadə qaydalarını özündə əks etdirir. İstifadəçilər Saytdan istifadə etməzdən öncə bu Təlimatla tanış olmalıdırlar. Saytdan istifadəyə başlamaqla istifadəçilər bu Təlimatla tanış olmuş və razılaşmış hesab edilirlər.

  1. ƏSAS ANLAYIŞLAR

 

    1. Bu Təlimatda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları bildirir:
  • Sayt – İnternet şəbəkəsində https://fommo.az (domenin bütün səviyyələri də daxil olmaqla) ünvanında yerləşən və müəyyən səhifələr; mətn, qrafik, video və digər faylları özündə ehtiva edən elektron platforma;
  • Administrasiya – Saytın idarəetməsini həyata keçirən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş və öz nizamnaməsi əsasında fəaliyyət göstərən “FommoShop” MMC (VÖEN:1008636591);
  • İstifadəçilər - Saytdan istifadə edən İnternet şəbəkəsinin istifadəçiləri;
  • Tanınmış şəxslər – İncəsənətin müxtəlif sahələri, idman, televiziya və s. digər bu kimi sahələrdə fəaliyyət göstərən və Azərbaycan Respublikasında kifayət qədər nüfuza malik olan, Adminstrasiya ilə komissiya münasibətlərində Komitent qismində çıxış edən mülkiyyətçi;
  • Şəxsi kabinet - İstifadəçinin Saytdakı Şəxsi bölməsi;
  • Giriş Şəxsi kabinetə girişin təmin edilməsi prosesi;
  • Şəxsi hesab - Saytda ödənişli xidmətlərdən faydalanmaq üçün istifadə oluna biləcək vəsait qalığının uçotu üçün hesab;
  • Şəxsi məlumatlar İstifadəçinin eyniləşdirilməsinə imkan verən və onun öz razılığı ilə Administrasiyaya təqdim edilən məlumatlar toplusu, o cümlədən İstifadəçinin Saytdan istifadə prosesində avtomatik olaraq Administrasiyaya ötürülən şəxsi məlumatları;
  • Məlumat İstifadəçi və ya Administrasiya tərəfindən Saytda yerləşdirilən istənilən məlumat;
  • Spam - kütləvi, icazəsiz və (ya) istifadəçilərin gözləmədiyi reklam, məlumat, təbliğat xarakterli və ya digər poçt göndərişləri;
  • Məhsul Administrasiyanın Saytda yerləşdirdiyi hər hansı məhsul, xidmət və ya iş;
  • Elan Administrasiya tərəfindən Saytda yerləşdirilən və qeyri-müəyyən sayda şəxslərə ünvanlanmış (əlaqə məlumatları, fotoşəkillər və hər hansı əlaqəli məlumatlar daxil olmaqla) Məhsul haqqında təklif;
  • Oferta Məhsulların alqı-satqısı üçün Administrasiya tərəfindən İstifadəçiyə təqdim edilmiş təklif (Saytdan istifadə etməklə İstifadəçilər razılaşırlar ki, Administrasiya tərəfindən yerləşdirilmiş elanlar ofertadır);
  • Aksept İstifadəçinin Saytda elanı yerləşdirilmiş məhsulu alması barədə razılığının ifadəsi (Saytdan istifadə etməklə İstifadəçilər razılaşırlar ki, elanda yerləşdirilmiş “Alıram” düyməsinə klikləməklə Administrasiyanın ofertasına aksept verirlər);
  • Xidmətlər Saytın istifadəçiləri üçün funksional imkanlar;
  • Paketlər Müəyyən qrup istifadəçilər üçün nəzərdə tutulmuş  sərfəli elanlar toplusu;
  • Qanunvericilik Azərbaycan Respublikası qanunvericiliyi.
    1. Saytın təkmilləşməsi, funksionallığının genişlənməsi, eləcə də istifadə imkanlarının artması nəticəsində formalaşmış və bu Təlimatın 1.1-ci bəndində nəzərdə tutulmamış anlayışlar ilkin olaraq bu Təlimatın mətni kontekstində təfsir edilir. Belə təfsir yetərsiz olduqda həmin anlayışlar Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq şərh edilir.

 

  1. ÜMUMİ MÜDDƏALAR

 

    1. Bu Təlimat Administrasiya və İstifadəçilər arasında razılaşma qüvvəsinə malik sənəd olmaqla Saytdan istifadə şərtlərini, İstifadəçilər və Administrasiya arasındakı münasibətləri tənzimləyir.
    2. Administrasiya istənilən vaxt bu Təlimatın şərtlərini birtərəfli qaydada dəyişdirmək hüququna malikdir.
    3. Təlimatın yeni redaksiyası Saytda dərc edildiyi andan qüvvəyə minir. İstifadəçinin bu Təlimat, o cümlədən onun yeni redaksiyaları ilə tanış olmaması nəticəsində yaranan hallara görə Administrasiya məsuliyyət daşımır.
    4. Administrasiya bu Təlimatın şərtlərini, habelə digər şəxslərin hüquqlarını və ya mövcud qanunvericiliyin müddəalarını pozan İstifadəçinin xidmətlərə çıxışını dayandırmaq və/və ya İstifadəçini bloklamaq hüququnu özündə saxlayır. Bloklanmış İstifadəçi Saytın funksionallığından istifadə etməkdə məhduddur.
    5. Saytın funksional imkanlarından istifadəsi məhdudlaşdırılmış və ya məlumatları etibarlılığını itirmiş İstifadəçinin Administrasiyanın icazəsi olmadan Saytdan yenidən istifadə etmək hüququ yoxdur.

 

  1. ELANLARIN YERLƏŞDİRİLMƏSİ

 

    1. Administrasiya Saytda elanlar yerləşdirir.
    2. Oferta mahiyyəti daşıyan bu elanlarda satışa təqdim edilən məhsulun təsviri, qiyməti, xüsusiyyətləri və s. ətraflı qeyd edilir və “Alıram” düyməsini klikləməklə İstifadəçi bu ofertaya aksept vermiş sayılır.
    3. Administrasiya əqli mülkiyyət və digər qanunvericilik tələblərinə riayət etmək şərtilə Saytda yerləşdirdiyi məzmunlardan istifadə, onların toplanması, emal edilməsi, linklərin göstərilməsi şərtilə paylaşılması hüquqlarını İstifadəçilərə verir.
    4. Məhsul satıldıqdan sonra Administrasiya tərəfindən buna müvafiq qeyd Elanda yazılır.

 

  1. QİYMƏTLƏR VƏ ÖDƏNİŞ QAYDASI. ZƏMANƏT.

 

    1. Saytda yerləşdirilmiş Elanlarda satışa çıxarılan məhsulların qiymətləri barədə vizual məlumat verilir. Elanda başqa məlumat qeyd edilməyibsə, qiymətlər əlavə dəyər vergisi daxil olmaqla milli valyutada ifadə olunur.
    2. Məhsulun İstifadəçi tərəfindən alınması (alqı-satqısı) ödənişin tam həcmdə Administrasiyanın hesabına köçürülməsindən sonra başa çatır.
    3. İstifadəçi Elandakı ofertaya aksept verdikdə Administrasiya tərəfindən ona təqdim edilən hesab-faktura üzrə dərhal ödənişi həyata keçirməlidir. Bu müddət ərzində ödənişin həyata keçirilməməsi Administrasiyaya hüquq verir ki, Elandakı məhsulun başqa istifadəçilərə satışını həyata keçirsin.
    4. Ödəniş həyata keçirildikdən sonra İstifadəçi ilə Administrasiya arasında məhsulun təhvil verilməsi şərtləri razılaşdırılır. Lakin istənilən halda məhsulun istifadəçi tərəfindən təhvil götürülməsi ödənişin edilməsindən sonrakı ən geci 7 (yeddi) təqvim günü ərzində həyata keçirilməlidir. Bu müddət ərzində Əşyanın təhvil götürülməməsinə görə İstifadəçi hər gecikdirilmiş gün üçün Əşyanın dəyərinin 0,1%-i həcmində cəriməni Adminstrasiyaya ödəyir.
    5. İstifadəçi nəzərə almalıdır ki, Əşyalar daha əvvəl istifadədə olmuşdur və normal istifadə şəraitinə uyğun olaraq köhnəlmişdir. Bu köhnəlmə səbəbilə həmin əşyaların İstifadəçi tərəfindən geri qaytarılması yolverilməzdir.
    6. İstifadəçilər nəzərə almalıdırlar ki, Elanda yerləşdirilən məhsulların mülkiyyətçisi üçüncü şəxslərdir və həmin malların alqı-satqısında Administrasiya komisyonçu qismində çıxış edir. Bu baxımdan Elandakı məhsullara zəmanəti üçüncü şəxs(lər) verir və bu zəmanətə görə Administrasiya heç bir məsuliyyət daşımır.
    7. İstifadəçilər nəzərə almalıdırlar ki, üçüncü şəxsin müvafiq göstərişi olduğu halda, Elandakı məhsulların satışından əldə edilən məbləğ Administrasiyanın komissiyası çıxılmaqla, Administrasiya tərəfindən üçüncü şəxslərin adından müxtəlif fondlara ianə olaraq köçürüləcəkdir. Bu baxımdan həmin məhsulların satış qiymətlərini üçüncü şəxslər müəyyən edir.

 

  1. “ŞƏRHLƏR” BÖLMƏSİ

 

    1. İstifadəçilər Elandakı məhsulların müzakirə olunması üçün “Şərhlər” bölməsindən istifadə edə bilərlər. Bu Bölmədən başqa məqsədlərlə istifadə qadağandır.
    2. Elanlarda yazılmış şərhlər Saytda açıq paylaşılır, bu səbəbdən Administrasiya həmin şərhlərə nəzarət etmək hüququna sahibdir. Lakin bu nəzarət hüququ Administrasiya üçün heç bir məsuliyyət yaratmır.
    3. İstifadəçinin digər istifadəçiləri yanıltmaq və (ya) aldatmaq məqsədi ilə hər hansı şərhlər yazması qadağandır. Belə şərhlər müəyyən edilərsə, Administrasiya tərəfindən silinə, həmin şərhləri yazan İstifadəçi(lər) bloklana, yaxud xidmətlərdən istifadəsi məhdudlaşdırıla bilər.
    4. İstifadəçinin elanların “Şərhlər” bölməsində yazdığı rəylərə görə Administrasiya heç bir məsuliyyət daşımır. Bu rəylər hüquqi və ümumi qəbul edilmiş etik normalara zidd olmamalıdır.

 

  1. SAYTDA QEYDİYYATDAN KEÇMƏ

 

    1. Saytda qeydiyyatdan keçmək üçün İstifadəçi qeydiyyat prosedurunu tamamlamalıdır. Bu prosedur tamamlandıqdan sonra İstifadəçi Saytda unikal hesab əldə edir.
    2. İstifadəçi qeydiyyatdan keçərkən qeydiyyat formasına uyğun olaraq özü haqqında dəqiq və dolğun məlumat verməyi və bu məlumatı aktual saxlamağı öhdəsinə götürür.
    3. İstifadəçi öz hesab (akkaunt) məlumatlarının (elektron poçt ünvanı və parol) məxfiliyini qorumağı öhdəsinə götürür. İstifadəçi seçilmiş parolun təhlükəsizliyinə (təxmin edilməyə qarşı dayanaqlığına) cavabdehdir, parolunun məxfiliyini təmin edir və könüllü köçürmə və ya üçüncü şəxslərə hesaba daxil olmaq üçün məlumatların məxfiliyə riayət edilməməsi halları da daxil olmaqla, öz hesabı altında Servisdən istifadə edən bütün hərəkətlərə/hərəkətsizliklərə görə tam maddi məsuliyyət daşıyır. İstifadəçi razılaşır və bəyan edir ki, onun hesabının məlumatlarından istifadə etməklə həyata keçirilən bütün hərəkətlər İstifadəçinin özünün hərəkətləri hesab edilir.
    4. İstifadəçi şəxsi hesabından istifadə etməklə Saytda icazəsiz (İstifadəçi tərəfindən icazə verilməmiş) giriş və/və ya onların giriş vasitələrinin məxfiliyinin hər hansı pozulması (pozulma şübhəsi) halları barədə Administrasiyanı dərhal xəbərdar etməyə borcludur. Təhlükəsizlik məqsədləri üçün İstifadəçi Saytla işin hər sessiyasının sonunda öz hesabından təhlükəsiz çıxmağa borcludur və bunun üçün "Çıxış" düyməsini sıxmalıdır. Administrasiya məlumatların mümkün itkisinə və ya zədələnməsinə, habelə İstifadəçi tərəfindən Təlimatın bu müddəasının pozulması nəticəsində baş verə biləcək hər hansı xarakterli digər nəticələrə görə məsuliyyət daşımır.
    5. İstifadəçi Saytda qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanı və paroldan istifadə etməklə eyniləşdirilir.
    6. İstifadəçi razılaşır və bəyan edir ki, adı və İstifadəçi tərəfindən müəyyən edilmiş digər məlumatlar Sayt Sorğularının ictimai məlumat bazasını formalaşdırdıqda paylaşıla bilər. Administrasiya istənilən vaxt İstifadəçidən əlavə eyniləşdirmədən keçməsini tələb etmək hüququnu özündə saxlayır.
    7. İstifadəçi tam eyniləşdirmədən keçməkdən imtina etdikdə və ya qeydiyyat zamanı təhrif edilmiş məlumatların təqdim olunması faktı və ya şübhəsi yarandıqda və ya faktiki hüquqi məlumatlarla Sayta İstifadəçi tərəfindən daxil edilən məlumatlar arasında fərq olduqda, habelə İstifadəçinin təqdim etdiyi məlumatlar İstifadəçini eyniləşdirməyə imkan vermədikdə, Administrasiya öz mülahizəsinə əsasən İstifadəçinin hesabını bloklamaq və ya silmək və İstifadəçinin Saytdan istifadə etmək hüququndan məhrum etmək hüququna malikdir.
    8. İstifadəçi istənilən vaxt «Ləğv et» düyməsini klikləməklə, Saytdakı Şəxsi kabinetini ləğv etmək hüququna malikdir.
    9. İstifadəçi şəxsi kabinetini ləğv etdikdən sonra 30 (otuz) gün ərzində yeni qeydiyyat üçün ləğv edilmiş kabinetdə

 

  1. SAYTDAN İSTİFADƏ ŞƏRTLƏRİ

 

    1. Administrasiya Saytın yerləşdiyi domen adının, Saytın özünün, mobil tətbiqlərin, eləcə də bütün Saytın və Saytın bütün proqram təminatının müstəsna sahibidir.
    2. Administrasiyanın (Saytın) əqli mülkiyyətinin (proqram təminatı da daxil olmaqla) hamısını və ya hər hansısa bir hissəsini surətini köçürmək, dəyişmək, yaymaq, satmaq (satıb pula çevirmək), dəyişdirmək və ya icarəyə vermək, o cümlədən, Administrasiyanın yazılı icazəsi olmadan, proqram təminatının mənbə kodunu «sındırmaq» və ya əldə etməyə cəhd etmək qadağandır.
    3. Saytdan istifadə edərkən İstifadəçiyə qadağandır:
      1. Aşağıda sadalanan hallar üzrə istənilən şəkildə məlumat və materiallardan istifadə etmək, ötürmək, yerləşdirmək və yaymaq, habelə istənilən hərəkətləri yerinə yetirməsinə yönəlmiş:
        1. müharibənin təbliğinə, milli, irqi və ya dini ədavətin və düşmənçiliyin salınması, ekstremizmin və terror aktlarının törədilməsi;
        2. insanın və vətəndaşın cinsinə, irqinə, milliyyətinə, dilinə, mənşəyinə, dinə münasibətinə görə alçaldılması;
        3. ictimai asayişi, etika, əxlaq və mənəviyyət normalarının pozulması;
        4. tərkibində pornoqrafiya, uşaq pornoqrafiyası elementləri olan məlumatın yayılması, toplanılması, hazırlanması;
        5. şəxsi həyatın sirrini pozmaqla, şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələnməsi;
        6. dövlət və kommersiya sirrini təşkil edən məlumatı yaymaq;
        7. fiziki şəxslərin xüsusi və biometrik fərdi məlumatlarını ehtiva edən məlumatı yaymaq;
        8. üçüncü şəxslərin əqli və digər hüquqlarının pozmaq;
        9. qanunun, beynəlxalq hüququn ümumi prinsiplərinin və normalarının pozmaq.
      2. Saytın normal fəaliyyətini pozan hərəkətlər etməmək, o cümlədən:
        1. Reklam qanunlarını pozan spam, məlumat və materialları yaymaq;
        2. Saytın funksionallığını məhdudlaşdırmaq, hesab məlumatları İstifadəçilərin Servisə daxil olmaq üçün istifadə etdikləri kompüter avadanlığının işini pozan Servis istifadəçiləri məxfiliyini pozmaq üçün nəzərdə tutulmuş zərərli kompüter proqramlarını (virusları) və digər materialları, kompüter proqramlarını, kodları, Servisdə nasazlığa səbəb olan və ya səbəb ola biləcək faylları yerləşdirmək, göndərmək, yükləmək, yaymaq.
      3. Saytdan Təlimatda nəzərdə tutulmayan üsullarla istifadə etməmək, yəni:
        1. Saytı və ya ayrı-ayrı elementləri istənilən vasitə ilə emal etmək, dəyişdirmək, təkrarlamaq və yaymaq;
        2. Üçüncü tərəflərə Saytın funksionallığına girişi təmin etmək;
        3. Saytla rəqabət aparan məhsullar/xidmətlər/həllər yaratmaq üçün Saytdan və ya onun ayrı-ayrı elementlərindən istifadə etmək;
        4. Saytdan üçüncü şəxslərə xidmət göstərmək üçün istifadə etmək;
        5. Razılaşmanın 9.8-ci bəndində göstərilən tələbləri pozaraq fiziki şəxslərin şəxsi məlumatlarını emal etmək, saxlamaq və yaymaq üçün Servisdən istifadə etmək, o cümlədən, hüquqi şəxslərin kommersiya sirrinə aid məlumatlarını emal etmək, saxlamaq və yaymaq;
    4. İstifadəçi Saytda qeydiyyatdan keçərkən göstərdiyi elektron poçt ünvanına növbətilər barədə Saytın informasiya bülleteni (bundan sonra “Xəbər bülleteni”) almağa (i) Servisdən istifadə etməklə edilən Sorğular və Sorğularda iştirak etmək üçün dəvətlər; (ii) Sorğu prosedurunun vəziyyəti və gedişatı barədə məlumat, (iii) Servisin fəaliyyəti və Sorğularda iştirakla bağlı təlim seminarlarında, vebinarlarda, konfranslarda iştirak etmək üçün dəvətlər və ya təkliflər, habelə Sorğuların təşkili ilə bağlı digər məlumatlar almağa və verməyə razılaşır.
    5. Xəbər bülleteni əsasında və onunla əlaqədar qəbul edilmiş nəticələrə və qərarlara görə İstifadəçi yalnız özü məsuliyyət daşıyır.
    6. İstifadəçi istənilən vaxt Xəbər bülleteni almaqdan imtina etmək və ya alınmasını məhdudlaşdırmaq hüququna malikdir.
    7. Administrasiya istənilən vaxt İstifadəçinin Xəbər bülleteni əldə etmək imkanını məhdudlaşdırmaq və ya dayandırmaq üçün İstifadəçiyə səbəb göstərmədən və əvvəlcədən xəbərdarlıq etmədən öz mülahizəsinə əsasən dayandırmaq hüququna malikdir.
    8. Təlimatın 7.1-ci bəndində göstərilən Saytdan istifadə şərtlərinin pozulması Təlimatın mühüm şərtlərinin pozulması hesab olunur və bu halda Administrasiya İstifadəçinin hesabını bloklamaq və istifadə hüququna xitam vermək hüququna malikdir.
    9. Administrasiya İstifadəçinin Saytda yerləşdirdiyi və ya İstifadəçi tərəfindən Saytdan istifadə edərək yaydığı məlumatı üçüncü şəxs tərəfindən bu cür məlumatların onun hüquqlarını pozduğu barədə bildiriş aldıqda və ya özü aşkar etdikdə ki, bu cür məlumatların yayılması  Təlimat və/və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilibsə, silmək hüququna malikdir.
    10. Administrasiya öz mülahizəsinə əsasən, Təlimatın qüvvədə olduğu müddətdə istənilən vaxt heç kimə bildiriş göndərmədən və hər hansı rəsmiliyə riayət etmədən aşağıdakı hüquqlara malikdir:
      1. İnternetdə Saytın yerləşdiyi ünvanı və Saytın fəaliyyətini təmin edən serverlərin yerini dəyişdirmək;
      2. Saytdan istifadə qaydalarını dəyişdirmək;
      3. Saytın texniki xüsusiyyətləri, dizaynı, mətn məzmunu (kontenti) daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, bütövlükdə və ya onun ayrı-ayrı hissələrinin fəaliyyətini dəyişdirmək.

 

  1. ƏQLİ MÜLKİYYƏT

 

    1. Administrasiya Sayta müstəsna hüquqlara malikdir və Təlimat ilə müəyyən edilmiş həddə və şərtlərlə Saytdan istifadə hüquqlarını ötürmək də daxil olmaqla, öz mülahizəsinə uyğun olaraq onu istənilən şəkildə idarə etmək hüququna malikdir.
    2. Administrasiyanın Sayta daxil edilmiş intellektual fəaliyyətin nəticələrindən, o cümlədən proqram kodundan, dizayn işlərindən, mətnlərdən, fərdiləşdirmə vasitələrindən (təşkilatın adı, əmtəə nişanları, xidmət nişanları, kommersiya təyinatları və s.) istifadə etmək hüququ vardır. Sayta daxil edilən intellektual fəaliyyətin nəticələrindən istifadə məqsədəuyğun istifadədir və üçüncü şəxslərin hüquqlarını pozmur.

 

  1. ŞƏXSİ MƏLUMATLAR

 

    1. Saytla qarşılıqlı əlaqənin bir hissəsi olaraq İstifadəçilər Saytın funksionallığından istifadə edərək, digər İstifadəçilərin ictimai məlumatlarını və məxfi məlumatlarını toplaya, saxlaya və emal edə bilərlər. İstifadəçi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci bəndinə uyğun olaraq, Administrasiyaya İstifadəçinin Operatoru olduğu fiziki şəxslərin hamı üçün açıq olan fərdi məlumatlarını emal etməyə icazə verir. İstifadəçinin Operator olduğu subyektlərin şəxsi məlumatları İstifadəçinin Saytdan istifadə edərək yaydığı və/və ya Saytda elektron internet formaları vasitəsilə ötürülən sənədlərdə, fotoşəkillərdə, habelə hər hansı digər şəkildə ola bilər.
    2. İstifadəçi Administrasiyaya İstifadəçinin Operator olduğu şəxslərin şəxsi məlumatları ilə aşağıdakı hərəkətləri yerinə yetirməyi tapşırır: əldə etmə, qeyd etmə, sistemləşdirmə, toplama, saxlama, dəqiqləşdirmə (yeniləmə, dəyişdirmə), istifadə, ötürmə (təmin etmə, giriş), o cümlədən Hüquq Sahibinin səlahiyyətli nümayəndələrinə köçürmək, İstifadəçiyə Servisin funksionallığından istifadə edərək şəxsi məlumatları toplamaq imkanı vermək üçün şəxsi məlumatların şəxsiyyətsizləşdirilməsi, bloklanması, silinməsi, məhv edilməsi.
    3. Tərəflər qəbul edir və razılaşırlar ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.10-cu bəndə əsasən Administrasiya Razılaşmanın 9.2-ci bəndində göstərilən fərdi məlumatların Operatoru sayılmır və belə fərdi məlumatların emalının məqsədini müəyyən etmir. Tərəflər qəbul edir və razılaşırlar ki, Administrasiya fərdi məlumat subyektlərinin Operatoru olmadığından həmin subyektlər qarşısında heç bir məsuliyyət daşımır.

 

  1. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

 

    1. Administrasiya və İstifadəçilər qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Razılaşmaya uyğun olaraq məsuliyyət daşıyırlar.
    2. İstifadəçi Sayta giriş əldə etmiş üçüncü şəxslərin, digər İstifadəçilər və ya Administrasiya qarşısında əlavə, lazımsız, şişirdilmiş öhdəliklərinə səbəb olan hərəkətlərinə görə eləcə də İstifadəçinin giriş və şifrə saxlama qaydalarına əməl etməməsi səbəbindən üçüncü şəxslər qarşısında məsuliyyət daşıyır.

 

  1. TƏLİMATIN HÜQUQİ QÜVVƏSİ

 

    1. Bu Təlimat Azərbaycan Respublikasının Mülki Məcəllənin 408-ci maddəsinə əsasən, qeyri-məhdud sayda şəxslərə ünvanlanmış təklifdir (ictimai təklif).
    2. Bu Təlimat ona xitam verildiyi günə qədər etibarlıdır.
    3. Təlimata edilən dəyişiklikləri qəbul etməyən İstifadəçi istənilən vaxt Saytdan istifadəni dayandırmaq hüququna malikdir.

 

  1. MÜBAHİSƏLƏRİN HƏLLİ

 

    1. İstifadəçi və Administrasiya arasında Təlimat üzrə və ya onunla əlaqədar yaranan bütün mübahisələr və fikir ayrılıqları danışıqlar yolu ilə həll edilir.
    2. Tərəflər arasında mübahisələr bu Təlimatın 12.1 bəndinə uyğun olaraq həll edilmədikdə, tərəflər məhkəməyə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələblərinə uyğun olaraq ilkin mediasiyada iştirak edirlər. Mübahisə mediasiya yolu ilə həll edilmədikdə, baxılması üçün Azərbaycan Respublikasının müvafiq məhkəməsinə göndərilir.